XƏBƏRLƏR

21.05.2019 17:56
Qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının İZAHI

Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 19-da keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) mərkəzin internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı, test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ).

İlin gənc müəllimi-Müraciət formu