XƏBƏRLƏR

13.05.2019 11:39
Qəbulda hər hansı fəndən “sıfır”ı olanlar da  ali məktəbdə ödənişsiz oxuya biləcəklər - RƏSMİ  

"Qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər"

AzEdu.az xəbər verirki, bunu Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə abituriyentlər üçün təşkil edilən canlı yayım zamanı deyib.

O bildirib ki,qəbul imtahanlarının birinci mərhələsində hər hansı fənn üzrə “sıfır” ballıq nəticə göstərənlər ümumi tələbləri ödədikləri halda ali təhsil müəssisələrinin ödənişsiz ixtisaslarını seçə bilərlər:

“İmtahanın hər iki mərhələsi üzrə ballar toplanır. Əgər ikinci mərhələ üzrə bal 100, ümumi bal isə 200-dürsə, abituriyent ali təhsil müəssisələrinin həm ödənişli, həm də ödənişsiz ixtisaslarının müsabiqəsində iştirak edə bilər”.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu