Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-17 14:12:00
Məktəblilərimiz beynəlxalq festivalda  

Aprelin 15-də Türkiyənin Kayseri Böyükşəhər Bələdiyəsi tərəfindən təşkil edilən və bu il 14-cü  dəfə keçirilən Beynəlxalq Məktəblərarası Teatr festivalının  açılış mərasimi baş tutdu.

AzEdu.az xəbər verir ki, festival ilk olaraq iştirakçıların meydana yürüşü ilə başladı. Kayserinin mərkəzi küçələrində baş tutan yürüşün sonunda Kayseri Böyükşəhər Bələdiyyə başqanı Memduh Büyükkılıç festivalda iştirak edən xarici ölkələrin nümayəndələri ilə görüşdü.

Görüşdə ölkəmizi layihənin Azərbaycan üzrə rəhbəri və tərtibatçısı, rəssam-dekoratoru tanınmış rəssam Günay Mehdizadənin təşkilatçılığı ilə Azərbaycan Milli Konservatoriya təkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası təmsil edirdi. 

Memduh Büyükkılıç incəsənətə,  teatra böyük maraq  göstərdiyini, bir ölkənin tanınması üçün onun  mədəni  həyatına baş vurmağın vacibliyini qeyd etdi. Sonra sözü  Günay Mehdizadəyə verən Memduh Büyükkılıç Azərbaycanla  Türkiyənin bir millət iki dövlət olduğunu və hər zaman  Azərbaycanı doğma ölkə hesab etdiklərini vurğuladı. 

G.Mehdizadə çıxışında belə bir  festivalda olmaqdan məmnunluq hissi duyduğunu qeyd edərək belə mötəbər   layihənin bir parçası olmağın vacibliyindən danışdı. Onun çıxışı böyük maraqla qarşılandı. 

Layihənin kuratoru, Gimnaziyanın rəhbəri Aytən Əhmədova da çıxışında Kayseridə özlərini evdəki kimi  hiss etdiklərini bildirdi və xüsusi diqqətə görə bələdiyyə başqanına təşəkkür etdi. 

Festivalda iştirakına görə Memduh Böyükkılıç Günay Mehdizadəyə “Təşəkkürnamə” və hədiyyələr təqdim etd.