Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-16 16:05:15
Valideynlər azyaşlı üçün ərazidən asılı olmayaraq, istədikləri yerdə məktəb seçə bilərlər? –Rəsmi cavab  

I sinfə elektron sistem vasitəsilə qəbul davam edir. AzEdu.az proseslə bağlı valideynlərin ən çox verdikləri sualları cavablayır.

Məktəbə qəbulda əksər valideynlərin diqqət etdiyi məqam övladlarının təhsil alacağı məktəbin yaşayış yerinə yaxın yerləşməsidir. Bu istək çoxlarında hədsiz nigaranlığa səbəb olur. Sistemdə qeydiyyatdan keçdikdən sonra yaxınlıqdakı məktəbdə boş yer qalmadığını öyrənib,əsəbiləşib, ruhdan düşənlər də az deyil.

Bəziləri isə keyfiyyətin daha vacib olduğunu düşünüb, yaşayış yerindən xeyli uzaqdakı məktəblərə üz tuturlar. Onları düşündürən bir sual var:

Sual:

-Uşağı birinci sinifdə oxutmaq üçün yaşadığım əraziyə ən yaxın məktəbi seçməliyəm? Uzaq ərazidə yerləşən məktəbi seçmək imkanım varmı?  Belə olan halda,  istədiyim məktəbə sorğu yerləşdirə bilərəm?

Cavab:

-Bəzi məktəblərə qəbul üstünlük hüquqları əsasında aparılır. Bu zaman valideynlərə verilən əsas üstünlüklərdən biri də yaşayış yerinin məktəbin müəyyən edilmiş ərazisində yerləşməsidir.

Orta təhsil müəssisəsinin yaşayış yerinə ən yaxın məktəb olması isə mütləq deyil. Hər valideynin sərbəst şəkildə məktəb seçmək və ərazidən asılı olmayaraq, övladı üçün istənilən orta təhsil müəssisəsinə sorğu yerləşdirmək hüququ var.

Valideynin övladını yerləşdirmək istədiyi məktəb uzaqda yerləşirsə, heç bir problem yoxdur. Amma həmin məktəb üstünlük hüququ əsasında qəbul aparırsa, öncə yaxınlıqda yaşayanları qəbul edəcək. Digərləri isə “Növbəlilik funksiyası vasitəsilə növbəyə yazılmalı, boş yer qaldıqda qəbul olunmalıdırlar.

Növbəyə isə yalnız heç bir məktəbə sorğusu yerləşdirilməyən valideyn və ya qanuni nümayəndələr yazıla bilər. Amma obnlar növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilərlər.

Qəbulu üstünlük hüququ əsasında aparmayan məktəbə isə şagird harada yaşamasından asılı olmayaraq rahatlıqla qəbul edilə bilər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları