Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-07 13:33:00
Şagirdləri psixi və zehni cəhətdən nəzarətdə saxlayan müəllim - Örnək addım

Müəllimlik peşələrin ən çətinidir. Ona görə kli, peşəkar müəllim olmağın yolu həm də
yaxşı psixoloq olmaqdan – uşaqları dinləyib – anlamaqdan keçir.

Bəzən bir müəllim bir şagirdin həyatındakı təh güvənə bildiyi yetişkin insandır.

Əcnəbi müəllim Erin Kastillonun paylaşdığı foto da məhz bu səbəbdən hər kəsin diqqətini cəlb edib və məşhur olub.

Erin Kastillo “bazar ertəsi yoxlaması” başlığı ilə bir plakat hazırlayıb.

Həmin plakatın alt hissələrdə isə "Əlayam", "Yaxşıyam", "Çətinlik çəkirəm", "Çətin bir dövr keçirirəm, dərdləşmək yaxşı gələr" və s bu kimi sözlər yazılıb.

Hər həftənin birinci günü Kastillonun şagirdləri özləri uyğun gələn ( misal üçün, “yaxşıyam”, “dərdləşməyə ehtiyacım var”) qeyd kağızının arxasına adlarını yazıb yenidən löhvəyə asırlar. Daha sonra Kastillo bütün həftə yapışqanlı not kağızlarını yoxlayaraq, hansı uşağın danışmağa ehtiyacı olub-olmadığını öyrənir və fərdi şəkildə şagirdlərlə görüş keçirir. Beləliklə, bu üsulla həftədə bir dəfə şagirdlərini psixoloji olaraq yoxlayır. Mütəxəssislər hesab edir ki, bu tələbələrin zehni və psixi sağlamlığını nəzarətdə saxlamaq üçün peşəkar nümunədir.

Qeyd edək ki, son araşdırmalar göstərir ki, uşaqvə yeniyetmələrdə zehni və psixi sağlamlıq problemləri artmaqda davam edir. Bunun isə bir çox səbəbi ola bilər: sosial media, 7/24 müxtəlif informasiya əldə etmək və s.

AzEdu.az həmin fotonu təqdim edir: