Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-28 17:50:00
Əkiz qardaşlar bu dəfə də  finalda qarşılaşdılar-FOTOLAR

 Respublika Şahmat Klubunda 16 yaşlı oğlanlar arasında Bakı birinciliyi sona çatdı. 18 şahmatçının yarışdığı turnirdə həm də Azərbaycan çempionatının finalına üç vəsiqə uğrunda mübarizə gedirdi.

AzEdu.az xəbər verir ki, yarışda gərgin mübarizə üçüncü yer uğrunda baş tutub. Turnirin sonuna iki tur qalmış liderlər - Eynullayev Altay və Eynullayev Atilla rəqiblərindən bir xal irəlidə olublar. Nəticədə, üçüncü yeri 4 nömrəli RIOEUGİŞM-in şagirdi Mehrəliyev Emil qazanıb.

Birinciliyin gümüş mükafatı Eynullayev Atillanın, birincilik isə onun əkiz qardaşı Eynullayev Altayın aktivinə yazılıb.

Qardaşlar  3 nömrəli RIOEUGİŞM-in yetirmələridir (məşqçi Rasim Əliyev).

Eynullayev qardaşları keçən il də eyni nəticəni 14 yaşlılar arasında keçirilən Bakı birinciliyində qazanmışdılar.