Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-19 17:50:17
Azərbaycan Universiteti V Avropa İqtisadi Konqresinə ev sahibliyi edəcək

Aprelin 25-dən 27-dək Azərbaycan Universitetində keçiriləcək V Avropa İqtisadi Konqresinin hazırlıqları davam edir.

Universitetdən AzEdu.az-a bildirilib ki, Türkiyənin Kocaeli və Polşanın WSB universitetləri ilə birgə keçiriləcək beynəlxalq tədbirdə iqtisadiyyat sahəsində dünyanın müxtəlif ölkələrini təmsil edən nüfuzlu alimlər iştirak edəcəklər.

Qlobal iqtisadi trendlər mövzusunda təşkil olunacaq konqresin dəvətli məruzəçiləri İtaliya Roma Tre Universitetinin professoru Roberto Ciccone, Almaniya Oldenburq Universitetinin professoru Hans Mixail Trautvein, Türkiyə İstanbul Ticarət Universitetinin dosenti Vahit Ferhan Benli, Azərbaycandan isə akademik Ziyad Səmədzadədir.

Bu seriyadan olan əvvəlki tədbirlər müxtəlif ölkələrdə təşkil olunub və dünya alimlərinin diqqətini ciddi elmi tədbir kimi cəlb edib. Konqresə məqalələrin qəbulu martın 25-dək uzadılıb. Daha ətraflı məlumatla qeyd olunan linkdə https://ecoei.org/ tanış olmaq mümkündür.