Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-11 11:15:00
“Əla hazırlaşan abituriyent 400 bala yaxın nəticə göstərə bilər” – Sınaq dəyərləndirməsi  

 

“Sınağa düşən suallardan bəziləri toplu testlərin formatını xatırladırdı. Burada daha çox sinif testlərində yer alan qapalı və açıq tipli tapşırıqlara uyğunluq diqqəti çəkirdi.

Ümumi götürsək, əla hazırlıq keçən abituriyent 400 bala yaxın nəticə göstərə bilər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə mütəxəssis Elçin Əfəndi deyib. Onun sözlərinə görə, sınaq imtahanı abituriyentlər üçün əla fürsət oldu:

“Çoxları sualların formatı ilə bağlı tərəddüd içində idi. Baxmayaraq ki, 2018-ci ilin may və oktyabr aylarında yeni qaydalarla sınaq imtahanları keçirilmişdi, amma proqramların yenilənməsindən sonra keçirilən sınaq abituriyentlər üçün yaxşı fürsət idi”.

Elçin Əfəndi imtahana salınan sualların formatı barədə də danışıb:

“Sınağa düşən suallardan bəziləri toplu testlərin sual formatını xatırladırdı. Burada daha çox sinif testlərində yer alan qapalı və açıq tipli tapşırılıqlara uyğunluq diqqəti çəkirdi. Ümumi götürsək, əla hazırlıq keçən abituriyentlər 400 bala yaxın nəticə göstərə biləcəklər.

Bundan sonra kağız daşıyıcılarla sınaq olmayacaq. Ona görə də abituriyentlərə DİM-inonlayn sınaqlarında iştirak etmələrini məsləhət görürəm”.

Qeyd edək ki, imtahan materiallarının emalı bugündən etibarən aparılacaq.

Yazılı cavab vermək tələb olunan tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən imtahan nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları