Bu gün respublikanın müxtəlif bölgələrində 2019-cu ildə təşkil olunacaq qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirilir.
Şəffaflığın təmin edilməsi məqsədilə DİM bir sıra addımlar atsa da, hər imtahanda xoşagəlməz hallara rast gəlinir. Bunlardan biri də, hər hansı şəxsin abituriyentin əvəzinə imtahana daxil olması kimi situasiyalardır.
Bəs Dövlət İmtahan Mərkəzi belə halların qarşısını necə alır?
DİM-dən AzEdu.az-a verilən məlumata görə, bu gün keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunur.
Belə ki, abituriyentlər imtahana qeydiyyatdan keçən zaman onların şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir.
İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.
Dil biliklərimi təkmilləşdirməmişəm
İmtahanlara “listening” tipli sualların salınması qərarı ictimaiyyətə gec açıqlandı
Müəllimlər bu istiqamətli dərslər keçmirlər
Məktəbdə bunun üçün şərait (məs:disk,linqafon,internet) yoxdur
Orta məktəb müəllimlərinin “listening” bacarığı aşağıdır
Təqdim olunan dinləmə mətninin həcmi çoxdur
Təqdim olunan “listening” mətninin təkrarlanma sayı azdır
Xarici dil dərsliklərində dinləmə mətnləri ilə bağlı tapşırıqlar yoxdur
“Listening” tipli sualların sayı çoxdur
REKLAMINIZ BURADA
REKLAMINIZ BURADA
REKLAMINIZ BURADA
REKLAMINIZ BURADA