"Attestatı “əla” olan minlərlə abituriyent qəbul imtahanında 40 baldan aşağı nəticə göstərib".
AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statsitik təhlili ilə bağlı çıxışı zamanı qeyd edib.
"Ana dili fənni üzrə attestatı “əla” olan 38 377 abituriyentin 1 392 nəfəri (3.6%) 0–40 bal aralığında nəticə göstərib. Onlardan 334 nəfər tamamilə 0–20 bal aralığında cavablayıb.Riyaziyyat fənnindən vəziyyət daha da kəskindir. Bu fəndən attestatı “əla” olan 26 362 nəfər arasında 5 114 nəfər (19.4%) 0–40 bal toplayıb. Onlardan 1 257 nəfər 0–20 bal aralığında qalıb.
Xarici dil fənni üzrə 0–40 bal toplayanların sayı 4 909 nəfərdir (14.6%). Bu fənn üzrə ümumilikdə 33 740 nəfərin attestat qiyməti “əla” olub. Onlardan 1 123 nəfər isə 0–20 bal toplayıb".