Azedu.az

Paylaşılan tapşırıq 2-ci sinif dərsliklərinə aid deyil - MÜTDA-dan CAVAB 

Şagirdlər

10 Dekabr 2025, 17:11
Paylaşılan tapşırıq 2-ci sinif dərsliklərinə aid deyil - MÜTDA-dan CAVAB 

2-ci sinif üzrə kiçik summativ qiymətləndirmədə (KSQ) narazılığa səbəb olan tapşırığa aydınlıq gətirilib.

MÜTDA-dan AzEdu.az-a bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

Qeyd olunub ki, belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb: “Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”.

Qeyd edək ki, paylaşımda "Atam həyətdə … doğrayır" cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş "odun" və "adam" sözlərindən biri ilə doldurmaq tələb olunur.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox