Azedu.az

Lənkəranda 2 nömrəli məktəbin köçürülməsi məsələsinə aydınlıq gətirilib

Region təhsili

Lənkəran-Astara Regional Təhsil İdarəsi

12 Avqust 2025, 14:30
Lənkəranda 2 nömrəli məktəbin köçürülməsi məsələsinə aydınlıq gətirilib

Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin tipinin dəyişdirilməsi ilə bağlı ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, adıçəkilən təhsil müəssisəsinin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.

AzEdu.az xəbər verir ki, bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.  

Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır.  

Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılıb, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib.  

Bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox