Azedu.az

Cənub bölgəsində 100-ə yaxın məktəb təmir ediləcək

Region təhsili

Lənkəran-Astara

29 Noyabr 2025, 11:36
Cənub bölgəsində 100-ə yaxın məktəb təmir ediləcək

Cəlilabad rayonununda bir sıra məktəblərin baxımsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb.

AzEdu.az xəbər verir ki, Modern.az məsələ ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, regional üzrə bu ilin sonuna kimi 100-ə yaxın təhsil müəssisəsinin cari və əsaslı təmir işlərinin icra edilib təhvil verilməsi planlaşdırılır.

Qeyd edilib ki, Astara rayonunun Sərək, Lerik rayonunun Cəngəmiran və Cəlilabad rayonunun Göytəpə şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin yeni binaları tikilərək istismara verilib. Lənkəran rayon Viyən kənd, Astara rayonunun Şümrüd kənd məktəblərinin də istismara verilməsi planlaşdırılır.

Sertifikasiyanın ikinci mərhələsində müəllimləri YENİLİK gözləyir…
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox