Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Ellazov Fazil Cavad - Abşeron - Xızı RTİ

 

Sumqayıt şəhər 41 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərir;

 

Pedaqoji fəaliyyətim ərzində şagirdlərinin bir çoxu şəhər və respublika fənn olimpiadalarında, inşa müsabiqələrində, diğər yarışlarda iştirak etmiş, müxtəlif fəxri yerlər tutmuşlar;

 

 Rəhbəri olduğu Azərbaycan dili  kabineti  2003 və 2006-cı illərdə “İlin ən yaxşı fənn kabineti” müsabiqəsində  qalib gəlmişdir;

 

“Ulduz”, “Sahilsiz dəniz” jurnallarında, “Yeni Azərbaycan”, “Ədalət”, “Sumqayıt” qəzetlərində, ADPU-nun, Nəsimi adına Dilçilik İnstitutunun elmi məqalələr toplularında elmi və publisistik məqalələri çap olunmuşdur;

 

2004, 2006-cı illərdə Azərbaycan dili və ədəbiyyatı fənnindən bazis tədris proqramı üzrə çoxvariantlı  planlaşdırmanın tərtibçisiyəm. VI-VII siniflər üçün Azərbaycan dili dərsliklərinin müəlliflərindən biri, bir neçə dərs vəsaitinin, bədi kitabların redaktorudur;

 

Şəhərimizin ayrı-ayrı kütləvi mədəniyyət müəssisələrində, kitabxana və məktəblərdə müxtəlif mövzularda çıxışlar edib;

 

Dünya TV-də “Məsafədən təhsil” proqramında bir neçə dəfə müxtəlif mövzularda dərslər aparıb;

 

Dəfələrlə ŞTŞ-nin və işlədiyim məktəbin müdiriyyəti tərəfindən fəxri fərmanlarla təltif olunub;

 

DİM ( əvvəlki TQDK) ilə ekspert kimi əməkdaşlıq edirəm. “AZƏRBAYCAN” dərs vəsaitinin, test toplularının, müxtəlif siniflər üzrə qiymətləndirmə kitablarının müəllifi, tərtibçisi və rəyçisi olub;

 

Təhsil sahəsindəki xidmətlərimə görə  möhtərəm prezidentimiz İlham Əliyevi 3 oktyabr 2006-cı il tarixli sərəncamı  ilə “TƏRƏQQİ” medalına layiq görülmüşəm. 2009-cu ildə “Ən yaxşı müəllim” müsabiqəsində iştirak etmiş, qalib gəlmiş və bu münasibətlə yenə də prezidentimiz İlham Əliyevin  1 sentyabr 2009-cu il tarixli  sərəncamı ilə beş min manat pul mükafatı qazanıb;

 

Prezident İlham Əliyevin 3 oktyabr 2019-cı il tarixli fərmanı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb;

 

31 avqust 2023-cü ildə 60+ yaşlıların könüllü olaraq iştirak etdiyi sertifikasiya imtahanının test mərhələsində 60 mümkün baldan 56 toplayıb.