Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 17:12:00
Azərbaycanlı gənc alim ABŞ-da tədqiqatlar apardı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Nəbatat Bağının Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru Fərid Seyfullayev ABŞ-ın Minnesota Universitetində tədqiqatlar aparıb.

AzEdu.az xəbər verir ki, azərbaycanlı gənc alim bu imkanı ABŞ Dövlət Departamentinin elan etdiyi “Fulbright” proqramının qalibi olduğuna görə qazanıb. F.Seyfullayev Minnesota Universitetinin Coğrafiya Departamentinin dendroxronologiya laboratoriyasında iqlim dəyişikliklərinin Azərbaycanın qaraçöhrə və palıd meşələrinə təsirini araşdırıb.

Tədqiqat müddətində F.Seyfullayev həm departamentin təşkil etdiyi mühazirələrdə, həm də universitetin gənc alimlər üçün hazırladığı müxtəlif mövzularda seminarlarında iştirak edib.

Səfərin sonunda gənc alim dendroxronologiya laboratoriyası ilə aparılan tədqiqatların əlaqələndirilməsi, birgə qrantlarda iştirak məsələlərini müzakirə edib və ilkin razılıq əldə olunub.

(Azərtac)