Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-27 11:19:01
Bu il Bakı məktəblərinə təyin olunan direktorların sayı AÇIQLANDI
 

Direktorların işə qabulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

Bakı Şəhər Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Qeyd edək ki, test imtahanı mərhələsində minimum 40% sualı cavablayan namizədlər müsahibədə iştirak hüququ qazanıblar. Müsahibə nəticəsində namizədlər təyinat alır və ya ehtiyat kadr siyahısına salınırlar. Ehtiyat siyahıda qalma müddəti isə 2 ildir. 2 il ərzində yaranan vakansiyalar həmin namizədlərə təqdim olunur.

 

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları