Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-25 13:18:00
"Türk dilləri üçün ortaq terminoloji baza yaradılmalıdır" - Sədr müavini

"Türk dilləri üçün ortaq terminoloji bazanın yaradılması bu gün üçün aktual olan bir məsələdir". 

AzEdu.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib. 

O bildirib ki, Azərbaycan dilində müxtəlif dillərdən alınan beynəlxalq terminlərin sayı gündən-günə artır: "Bu cəhəd ortaq terminoloji bazanın yaradılmasını zəruri edir. Belə ki, təyin edilmiş dillərin hər birinin müxtəlif sahələrə aid terminləri seçilməlidir. Anlayışı dəqiq ifadə edən termin ortaq türk dilləri üçün qəbul olunmalıdır. Belə bir məsələnin həlli terminologiyanın standartlaşdırlıması üçün şərait yaradır. Yaranan terminlər dilin qrammatik qayda-qanunlarına uyğun olmaqla bərabər anlayışı da məntiqi cəhətdən düzgün təyin etməlidir. Bu məsələnin həlli həm vahid beynəlxalq terminologiyanın formalaşdırılmasına şərait yaradır, həm də elmlərin inkişafına təkan verir".