Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-23 12:16:00
Nobel mükafatını ala bilməyən tanınmış yazarlar...
Nə qədər yaxşı əsərlər yazmalarına baxmayaraq deyilir ki, onların əsərləri 1902-ci ildən bəri verilən Nobel mükafatına layiq görülməyib və ya siyasi səbəblər üzündən bunu ala bilmədikləri düşünülən yazarlar sizi də çaşdıra bilər. Nobel mükafatına layiq görülən yazarlar kimi, layiq olmayan yazarlar da var.
 
AzEdu.az əslində Nobel mükafatına layiq görülən və bunu ala bilməyən bir neçə yazar haqqında maraqlı yazını təqdim edir:
 
Lev Tolstoy
 
 
Nobel mükafatının rus yazıçı Lev Tolstoya verilməməsi hələ də danışılır. Tolstoy isə deyib ki, “Nobel mükafatı mənə verilmədiyi üçün çox xoşbəxtəm. O pulu necə xərcləyəcəkdim kimi problemlərdən canım qurtardı. Əminəm ki, bu pul sadəcə uğursuzluq gətirəcəkdi”. L.Tolstoyun necə bir yazar olduğunu deməyə ehtiyac yoxdur. O, bütün dövrlərin ən yaxşı yazıçısıdır. 
 
Markel Proust
 
 
 
 
Fransız yazarın “İtmiş zamanın izində” əsəri bütün illərin ən yaxşı romanlarından biridir. Bu roman yazıçının Nobel mükafatını almasına bəs edirdi. 
 
 Virginia Volf
 
 
İngilis qadın yazarı. Bu günə qədər Nobel mükafatını 13 qadın yazıçı alsa da, bu Volfa qismət olmayıb. Hansı ki, onun “Dəniz fənəri” romanı başda olmaqla bir çox yaxşı əsərləri var.
 
Vladimir Nabokov
 
 
V.Nabokov da yüz ilin ən yaxşı yazıçılarından biridir. Amerika vətəndaşı olmasına baxmayaraq o, milləytcə rusdur. O, əsərlərini rus dilində yazıb. Onun “Solğun atəş”, “Lolita” kimi romanları ən güclü əsərlərindən sayılır. O, da Nobel mükafatını ala bilməyən yazarlardandır. 
 
Nazim Hikmət
 
 
Türk şairi Nazim Hikmət yüz ilin deyil, bütün zamanların ən yaxşı şairlərindən biri sayılır. Onun əsərləri bir çox dünya dillərinə çevrilib. Amma Nobel mükafatı ala bilməyib. 
 
(Moderator.az)