Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-23 11:57:00
Bu gün keçirilən imtahanların cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, bu gün inzibati vəzifələrin B növü üzrə dövlət qulluğuna, Vəkilllər Kollegiyasına və miqrasiya orqanlarına qəbul olmaq istəyənlər üçün imtahanlar keçirilir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı saat 10.00-da başlayıb və 3 saat davam edəcək. İmtahanda iştirak etmək üçün 150  nəfər qeydiyyatdan keçib. İmtahan kompüterlər vasitəsilə elektron qaydada aparılır. Namizəd imtahanı bitirdikdən dərhal sonra ona nəticələri haqqında arayış təqdim olunur. 

Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı isə saat 11.00-da başlayıb və 3 saat davam edəcək. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 483, BB qrupu üzrə 1365, ümumilikdə isə 1848  namizəd  qeydiyyatdan keçib. İmtahan nəticələrinin gün ərzində elan olunması nəzərdə tutulur. 

Bu gün keçirilən digər bir imtahan miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirilən test imtahanıdır. Bu imtahan da saat 11.00-da başlayıb və 3 saat davam edəcək. İmtahanda iştirak üçün 394 nəfərin namizədliyi qeydə alınıb. Nəticələrin gün ərzində elan olunması nəzərdə tutulur.