Azedu.az

Kəlbəcərdə 32 il sonra "İlk zəng"ə hazırlıq

9 Sentyabr 2025, 09:11
Kəlbəcərdə 32 il sonra "İlk zəng"ə hazırlıq

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərəcək ilk təhsil müəssisəsində - Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində görülən son hazırlıq işləri ilə tanış olub.

İdarədən AzEdu.az-a bildirilib ki, ziyarət çərçivəsində ilk olaraq Kəlbəcərə köçmüş ailələrlə, valideynlərlə və təhsilə cəlb olunacaq şagirdlərlə görüş keçirilib. 

Şagirdlərin məktəbə adaptasiyası və valideynlərin gözləntiləri müzakirə olunub.

Yeni tədris ilinə sayılı günlər qalmış məktəbin maddi-texniki bazası, tədrisə hazırlıq vəziyyəti, şagirdlərin dərsə cəlbi və digər zəruri məsələlər yerində yoxlanılıb.

2025-2026-cı tədris ili Kəlbəcər şəhəri üçün tarixə yazılacaq. Uzun illərdən sonra şəhərdə ilk dəfə məktəb zəngi səslənəcək.

Azərbaycanlı trollar Ərdoğana HÜCUM - Bununla şantaj edirlər
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox