Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-19 17:58:49
“Məktəbdə bircə printer  də yoxdur ki, materialları çıxaraq”- Ucqar kənd müəllimi  

XXI əsr  “Texnologiya əsri” olmasına baxmayaraq, bir çox kənd məktəblərində hələ də kompüter və printer çatşmazlığı problem olaraq qalmaqdadır.

Ağcəbədi rayonunda yerləşən məktəblərin birində müəllim və şagirdlər bu problemdən  əziyyət çəkirlər. Belə ki, həmin məktəbin müəllimlərindən olan Günay İsmayıl AzEdu.az -a verdiyi açıqlamasında məktəblərində kompüter və printerin yoxluğundan danışdı.

O bildirdi ki, özlərinə lazım olan dərs vəsaitləri üçün rayon mərkəzinə, gəlməli olurlar ki, bu olduqca əziyyətli bir işdir:

 

“Hazırda “Texnalogiya əsri”ndə yaşayırıq. Məktəbdə kompüterin yoxluğu bütün müəllim və şagirdlər üçün problem yaradır. Uşaqlar informatika dərslərini eyni zamanda kompüterlə bağlı digər dərsləri ancaq kitabdan öyrənirlər. Biz müəllimlərsə summativlərlə bağlı materiallar, yazıların surətini çıxarmaq üçün rayon mərkəzinə gedirik. Məktəblərə  kompüter və printer dövlət tərəfindən verilməlidir. Heç biri olmadığı halda təsəvvür edin ki, nə qədər əziyyət çəkirik”?

Müsahibimiz eyni zamanda  məsələ ilə bağlı dövlət orqanlarına müraciət etsələr də heç bir nəticə ala bilmədiklərini bildirib.

 “Hara müraciət ediriksə bir nəticə olmur. Təhsil Nazirliyinə müraciət etdik, bizi  təhsil şöbəsinə yönləndirdilər. Təhsil şöbəsi ilə isə əlaqə saxlaya bilmədik. Bu formada şəxsi müraciətlər də eləmişəm amma hələki bir nəticə yoxdur”. 

Rəna Nəbi