Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-16 16:40:00
Fateh Mehmedin dünya tibb elmində inqilab edən müəlliminin vəsiyyəti- ELM TARİXİ

 

Ağ Şəmsəddin XIV əsrin sonunda-1389-cu ildə dövrünün tanınan elm xadimlərindən olan Məhəmməd Şəmsəddin Həmzənin ailəsində dünyaya gəlib. Onun nəsil kökü azərbaycanlı alim, işraqilik nəzəriyyəsinin banisi Şihabəddin Yəhya Sührəverdiyə gedib çıxır. Bu gün də istər türk, istər ərəb-fars, istərsə də Avropa tədqiqatçıları Şəmsəddinin Azərbaycandan olmasını inkar etmir. Şamda müdərrislik edən atası sonradan bu missiyasını davam etdirməkdən yana Anadoluya gəlir. O zaman yeddi yaşı olmasına baxmayaraq Ağ Şəmsəddin Quranı əzbər öyrənir. Gələcəkdə o həm Sultan Fateh Məhmədin birinci və əsas müəllimi, baş məsləhətçisi, həm də böyük övliya və həkim kimi tanınır. Onun böyük tibb alimi kimi yetişməsindən az sonra ətraflı danışacağıq. Hələlik onu deyək ki,  bütün dünyada tibb elmində iki böyük nəzəriyyənin banisi kimi xatırlanmaqdadır.

 

Ağ Şəmsəddin mikrob nəzəriyyəsini Avropa alimi Lui Pasterdən düz 4 əsr əvvəl icad edən bu alim o cümlədən mikrobiologiyanın da atası hesab olunur. 

AzEdu.az böyük filosofun  vəsiyyətini təqdim edir:

- “Hər hansı işə “Bismillah”la başla. Təmiz ol, daim yaxşılıq et. Tənbəl olma, pislərə qoşulma, yaxşılığa yamanlıq etmə, sənə verilən nemətə az da olsa, çox da olsa şükür et, naşükür olma, naşükürlük insanı cəhənnəmə sürüklər .  

- Heç kimə əsəbiləşmə, heç kimə pis söz demə. İstəyirsən ki, ömrün uzun olsun, onda insanların paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər və onu vaxtından əvvəl qocaldar. Çox yatma, bu səni işdən, halal zəhmətdən qoyar və kasıb edər. Daim Allahı zikr et, zira sənin qurtuluşun Allah və onun Qurani-Kərimi ilədir.

- Vəli o insandır ki, insanlardan gələn zülmlərə, sıxıntılara səbirlə tab gətirər, onlardan şikayət etməz və ona pislik edənlərə kin saxlamaz. Bir adamla düşmən olmaq istəməz. Vəli torpaq kimidir, torpağa çox pis şeylər atılar, ancaq onda ancaq gözəl şeylər bitər.

- Hər iki dünya səbir edənlərindir . Hər bir insanın Allaha nə qədər sıx bağlı olması onun üzərinə gələn bəlalara, dərdlərə nə qədər dözümlü olması ilə üzə çıxar. İnsan nə qədər Allahdan gələn bəlalara səbir etsə, o qədər də bu imtahandan üzüağ çıxar. Haqqın rəhmini, mərhəmətini, lütfünü qazanar. Səbir edən insan cənnəti sağ ikən qazanar. Çünki bütün peyğəmbərlər və övliyalar bu fani həyatda daim sınağa çəkiliblər və yalnız səbirlə Haqqın dərgahına qovuşublar, insanlara örnək olublar. Səbir insanın başındakı tacıdır. Səbirsiz insan bu tacı itirərək dumanda azan quşlara bənzər ”.

Ağ Şəmsəddin digər bir vəsiyyətində isə qulluqdan bəhs edib. O deyir:

- Qulluq 5 cürdür: Birincisi, tən (bədən) qulluğudur. Bu, Allah-Təalanın əmrlərinə uyaraq təni qadağan olunmuş şeylərdən qorumaq, onu saf saxlamaqdır. İkincisi, insanın nəfsinə qulluq etməsidir.  Bu qulluq nəfsi tərbiyə etməkdən, onu artıq tamahdan qorumaq, istəmədiyi şeyləri zorla ona qəbul etdirməkdir. Nəfsini tərbiyə edə bilsən, Haqqa gedən yolun açarını tapmış olacaqsan. Üçüncüsü, könülə qulluq etməkdir. Könül qulluğu bu dünyadakı şeylərdən üz çevirib, axirət dünyasını seçməkdir. Bunun üçün insan özünü bütün hallarda əsl Haqq yolçusu kimi aparmalıdır.

- Dördüncüsü, sirr qulluğudur. Əgər hər şeyi bir kənara qoyub tamamən Allah yolunda çalışsan, onda onun rizasını qazanar və əbədi bir həyata özünü hazırlamış olarsan. Beşinci qulluq can qulluğudur. Can qulluğunun da əsasında Allaha yönəlmək dayanır.

Göynüklü Ağ Şəmsəddin mənəvi rahatlığa nail olmağın yollarını göstərib.

- Mənəvi rahatlığa nail olmaq üçün 4 şərt vardır. 1. Az yemək. 2. Az yatmaq. 3. Xalqın arasında az olmaq, az danışıb, çox susmaq. 4. Allah-Təalanı çox zikr etmək .