Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-13 17:16:00
Müəllimlər üçün “Nobel”in qısa siyahısı açıqlandı –  Yenə də təmsilçimiz  yox  

Global Teacher Prize müsabiqəsinin qalibləri məlum olub.

AzEdu.az xəbər verir ki, müsabiqə gedişində Azərbaycandan TOP 50-liyə düşən olmayıb.

Əlliliyə düşməyi bacaran müəllimlər isə İngiltərə, Fransa, Hindistan, Seneqal, Amerika, Braziliya, Libanon, Somali, Kanada, İndoneziya, Yaponiya və s.  kimi ölkələrin vətəndaşlarıdır.

Azərbaycandan indiyədək bu müsabiqəyə qatılan müəllimlərdən yalnız biri- Məhəmməd  Qarakişiyev  2014-cü ildə  ilk 50-liyə düşə bilib.

Bu mükafatı hər il təhsilə, fəaliyyətləri ilə peşəsinə xüsusi dəyər qatan bir müstəsna müəllim qazanır. Məqsəd müəllimləri təşviq etmək, şagirdlərə ilham olan müəllimlərin fəaliyyətlərini dəyərləndirmək və dəstək olub dünyada tanıtmaqdır.

Qeyd edək ki, müsabiqə üçün öncə elektron formada saytdan müraciət edilir .Müraciət və ətraflı məlumat üçün  www.globalteacherprize.org rəsmi saytında yararlana bilərsiniz.  Şərtlərə əsasən, öncə 50  və onların da arasından  ən yaxşı 10 müəllim seçilir. Birinci  yerə layiq görülən müəllim isə 1 milyon dollar mükafat qazanır. Müsabiqədə 5-18 yaş arası şagirdlərə dərs deyən müəllimlər müraciət edərək iştirak etmək hüququna sahibdirlər. Proqramın şərtlərindən biri də namizəd olaraq müəllimi kiminsə dəstəkləməsidir.

Müsabiqə üçün lazım olan prosedurlar həm də müəllimin texnologiyadan istifadə və ingilis dili bacarıqlarını  göstərir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları