Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 10:23:00
Polşada Nəsiman Yaqublunun araşdırmaları nəşr ediləcək... - FOTOLAR
AzEdu.az xəbər verir ki, Polşanın paytaxtı Varşava şəhərində Milli Yaddaş İnstitunun təşkilatçılığı ilə Sovet dövründə təqib edilmiş polyaklarla bağlı tədbir keçirilib. 
 
 
Sərgi, filmin nümayişi və konfransdan ibarət olan bu  tədbirdə Polşanın dövlət rəsmiləri, Ukraynadan gələn alimlər və media təmsilçiləri iştirak ediblər.
 
    
 
Polşa ictimaiyyətinin böyük marağında olan bu tədbirdə Azərbaycanı tarix elmləri doktoru,  Bakı Dövlət Universitetinin professoru  Nəsiman Yaqublu təmsil edib. Onun  həmin konfransdakı “Azərbaycanda yaşamış polyakların sovet dövründə təqibi” məruzəsi diqqətlə dinlənilib.
 
 
Milli Yaddaş İnstitutunun rəhbərliyi N.Yaqublunun polyaklarla bağlı araşdırmalarına dəstək verib polyak dilində nəşr edəcəklərini bildiriblər.