Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 16:53:00
Dövlət bağçasından ərzaq oğurlayan nəzarətçi hansı cəzaya məruz qala bilər?- Hüquqi baxış  

Son vaxtlar sosial şəbəkələrdə dövlətin bağçalar üçün ayırdığı ərzaqları işçilərin ucuz qiymətə satması müzakirə olunur. Bəziləri ərzaqların bağçadan olduğunu bilərək vicdanına sığınıb almaq istəməsə də, marketdə 1.5 manata satılan ərzağı 50 qəpiyə alanlar olur. Nəticədə isə uşaqların payları azalır, yeməklərinə su qatılır və onlar gündəlik qida ehtiyaclarını ödəyə bilmir, tədricən zəifləyir və xəstələnirlər.

“Mənimsənilən ümumi məbləğin miqdarı 5000-50 000 arasıdırsa, 2 ildən 5 ilədək; 50 000-500 000 arasındırsa, 5 ildən 10 ilədək,   500 000-dən artıqdırsa, 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə tətbiq edilir” 

AzEdu.az mövzu ilə bağlı bir neçə hüquqşünasdan aldığı hüquqi rəyləri oxucuların diqqətinə çatdırır: 

Araşdırma zamanı bağça müdirlərinin bu işdə iştirakı müəyyənləşərsə, istintaq orqanı bu əməliyyata qiymət verə bilər. Burada söhbət müəssisə əmlakını qrup halında  mənimsəmədən gedir. İstintaq orqanları məbləğin həcmindən asılı olaraq əməliyyata qiymət verə bilərlər.

Əgər mənimsənilən məbləğin miqdarı 5000-50000 arasıdırsa, 2 ildən 5 ilədək; 50 000-500 000 arasındırsa, 5 ildən 10 ilədək,  500 000-dən artıqdırsa, 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə tətbiq edilir. 

Əgər söhbət az miqdarda maliyyədən gedirsə, məsələ başqa cürdür. Bu zaman fərdi şəxs məsuliyyət daşımalı, rəhbərlik və ya əməkdaş bunu təkbaşına edibsə, işdən azad olunmalı, müəssisəyə dəyən ziyan onlardan tutulmalıdır. Bu zaman məbləğ 500 manatdan aşağı ola bilməz”.

Dövlət və ya özəl bağça olmasının fərqi yoxdur. Hər bir halda məsuliyyət tələb olunur. Təbii ki, özəl bağça rəhbəri müəssisədə hər hansı neqativ halın baş verməsini istəməz. Bunu orada işləyən əməkdaşlar törədə bilərlər. Bunu hansı əməkdaş edib, məhsulları ələ keçirsə, o, məsuliyyət daşımalıdır.

Amma dövlət müəssisələrində nəzarət edən qurumlar birmənalı şəkildə tədbir görməlidirlər. Bu zaman digər dövlət müəssisələrində olduğu kimi qnaunvericilik normaları tətbiq olunmalıdır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları