Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 13:17:42
“Cəmiyyətin gələcəyi bizim əlimizdədir” - Gənc müəllim

Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

AzEdu.az xəbər verir ki, qurultayda rəsmilərlə yanaşı 670 balla mexanika riyazziytat müəllimliyi ixtisasına qəbul olunan və hazırda gənc müəllim kimi çalışan Nigar Əliyeva də çıxış edib.

O çıxışında qeyd edib ki, Prezident təqaüdünə layiq görülüb, bakalvar və magistratura pilləsini fərqlənmə ilə bitirib:

“MİQ imtahanlarında da maksikum bal topladım. Hazırda Bakı Slavyan Universitetində müəllimlik edirəm.

Müəllim kimi dərk edirəm ki, cəmiyyətin gələcəyi bizim əlimizdədir. Son illər ali məktəblərə yüksək balla qəbul olanların sayı artıb. Gənc müəllimlərin daha yaxşı öyrətməsi üçün daha çox araşdırmaları lazımdır. Gənc müəllimlərin simaslarında əzmkarlıq və sevgini görə bilərik”.

O, sonda bir gənc müəllim kimi bütün müəllimlərin adından dövlət tərəfindən göstərilən qayğı və dəstəyə görə cənab İlham Əliyev və Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, qurultayda "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələrin müzakirəsi, təhsilin digər pillərinə uyğun islahatların həyata keçirilməsi barədə danışılır və nəticələrin təhlili aparılır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları