Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 10:22:15
Ekspertdən deputata  etiraz - “Bu, diskriminasiyadır”  

Millət vəkili Tahir Kərimli AzEdu.az-a açıqlamasında kişi müəllimlərin az olmasının şagirdlərin psixologiyasına ciddi zərbə vurduğunu deyib. O, bunu aradan qaldırmaq üçün kişi müəllimlərin maaşının artırılması və pensiya yaşının uzadılmasını təklif edib.

AzEdu.az  məsələ ilə bağlı təhsil eksperti Nabatəli Qulamoğlunun fikirlərini öyrənib. O bildirib ki, kişi müəllimlərin maaşı artırılması və bunun qadın müəllimlərə şamil edilməməsi bizi biabır edir:

“Bu, diskriminasiyadır. Bilirsiz ki, gender bərabərliyi dünyada daim izlənilən məsələdir. Kişi müəllimləri məktəbə cəlb edəcək başqa təkliflər irəli sürmək olar. Amma xüsusilə məvacib vasitəsilə qadın və kişilər arasında diskriminasiya yaratmaq qətiyyən nə hüquq, nə əxlaqa sığmır. Məktəbdə kişi müəllimlərin olmasına ehtiyac var. Amma bunun üçün başqa mexanizmlər axtarmaq lazımdır”.

Ekpert həm də bildirib ki, təqaüd yaşının uzadılması da diskriminasiyaya səbəb olacaq. Müəllim və həkimin həkimin pensiya yaşı fərqlənəcək:

“Maaş artırılırsa, qadınların da maaşı artsın. Bu təkliflər adama gülməli gəlir. Düşünün, belə bir şey etsək, bizə nə deyərlər? Tahir Kərimli çox emosional adamdır. Bilmir ki, onun danışdıqları hansı hüquqa sığır.

Tahir Kərimli doğrudan da müəllimlərin məvacib almağını istəyirsə, onların maaşlarını artırmağı təklif etsin. Dünya ölkələri ilə müqayisədə bizdə müəllim çox aşağı maaş alır. Bunu deməkdən ehtiyat edirsə, sağ qulağı sol əllə tutmağa nə ehtiyac var? Mən  bu məsələlərə mənfi yanaşıram. Çünki bunlar nə məntiqi çərçivəyə sığır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları