Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 16:30:00
Rəqəmsal dünyanın məhv etdiyi şagirdlər – Gələcək dəhşətin statistikası 

Dünyanın müxtəlif ölkələrindən olan uşaqların rəqəmsal dünya ilə əlaqəsi araşdırılıb.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hər üç ildən bir müxtəlif  ölkələrdə aparılan araşdırma xeyli şagird və valideyni əhatə edib.

Araşdırmanın nəticələrinə görə, uşaqlar gün ərzində ortalama 2.7 saatlarını  mobil telefon, tablet, kompüterdə və s. texnologiyalara sərf edirlər.

Azyaşlı şagirdlərin 18 %-i ümumiyyətlə, internetdə vaxt keçirmir. 60% valideyn övladının internetə girişini nəzarət götürüb və ondan yalnız 2 saat istifadə etməyə icazə verir.

Araşdırma zamanı məlum olub ki, şagirdlərin 79%-i internetdən oyun oynamaq, 76%-i onlayn sınaq və digər təhsil fəaliyyətləri, 57%-i video izləmək,  36%-i dostları ilə əlaqə yaratmaq, 28%-i film izləmək, 24%-i isə foto və ya video paylaşmaq üçün istifadə edirlər.

Valideynlərin yalnız 8%-i övladının təhlükəli saytlara daxil olmaması üçün müxtəlif proqramlardan istifadə edir. Şagirdlərin 78%-i sosial fəaliyyətlərində heç bir təhlükədən mühafizə olunmayıblar.

Şəxsi feysbuk hesabı olan azyaşlı şagirdlərin  26%-nin  profili hər kəs üçün açıqdır. Hətta onların 40%-i hesablarında şəxsi həyatları, ailələri haqda paylaşımlar edir, tanımadıqları şəxslərə bu məumatları ötürərək problem yaşayırlar.

Araşdırma zamanı məlum olub ki, feysbuk hesabı hər kəs üçün açıq olan 48% valideyn övladları ilə bağlı paylaşımlar edir. Bu isə onların həyatı üçün başqa bir təhlükə mənbəyidir.

Valideynlərin 27%-i övladının sosial şəbəkələrdən istifadə edərkən nə dərəcədə güvənli olmasını, onun internetdə səmərəsiz xərclədiyi 1 saatla əslində nələr itirdiyini anlamır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları