Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-24 10:07:00
Qərb Çin təhsil sistemindən nə öyrənə bilər?-Amerikalı müəllimin etirafları

Amerikalı müəllim Maykl Merfi dörd ildən çox vaxt ərzində Çinin orta məktəblərində və universitetlərində dərs deyib.

AzEdu.az xəbər verir ki, “Deyli-teleqraf” qəzetində dərc olunmuş məqaləsində M. Merfi Çin təhsil sistemi barədə öz fikirlərini bölüşüb. “Dörd ildir ki, Çində dərs deyirəm və mənim xarici müəllimlərin qəbulu kampaniyası çərçivəsində bir çox məktəblərə baş çəkmək imkanım var. Mən çox yerlərdə, tədris prosesinin arzuolunan səviyyədə olmadığı və əcnəbi müəllimlərdən səmərəli isfifadə olunmadığı məktəblərdə də işləmişəm. 2000-dən çox tələbəyə dərs demiş, ingilisdilli 300 Çin müəllimi hazırlamışam, tədrisin bütün pillələrində, ibtidai təhsildən tutmuş Çjençju Universitetində MBA namizədlərinə qədər 2100 mühazirə oxumuşam. Mən bəzən davranışlarına görə şagirdləri sinifdən qovmağa, onların valideynləri ilə münaqişələrə də girməyə məcbur olmuşam. Amma fikirlərin obyektivliyi naminə deməliyəm ki, bütovlükdə Çin şagirdləri qərbli həmyaşıdlarından fərqli olaraq, siniflərdə özlərini daha sakit və çox intizamlı aparırlar. Belə bir davranış Çin xalqının təbiəti ilə bağlıdır. Mənim şəxsi fikrim ondan ibarətdir ki, Qərb Çindən çox şey öyrənə bilər.

Hesab edirəm ki, Çin təhsilinin aşağıdakı üstünlüklərinə diqqəti yönəltməyə dəyir:

1. Məktəbdə daha çox tədris saatları.

2. Rəqabətə davamlılıq. Çin üçün bu, çox əhəmiyyətlidir, çünki şagirdlərə yüksək rəqabətli əmək bazarında iş axtarmaq lazım olacaq.

3. Təhsilalanlara qarşı daha yüksək tələblər və onlardan daha yüksək gözləntilər.

4. Məktəbdə daha çox mühazirə məşğələləri. Bu, kolleclərə çox gözəl hazırlıqdır. Mühazirələrin effektiv yazı bacarığı - ali məktəbdə təhsilin əsasıdır.

5. Komanda ruhu. Bu, şəxsi inkişaf üçün lazım olan kollektiv intellektual atmosferi yaradır. Tolerantlığa, kooperasiyalara və harmoniyalara imkan yaradır.

Təhsil sahəsində başqa ölkələrin təcrübəsini, şübhəsiz ki, öyrənmək lazımdır. Və Çin təcrübəsi, əlbəttə ki, öyrənilməyə layiqdir”.(Azərbaycan müəllimi qəzeti)