Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 17:00:00
Direktorların işəqəbul imtahanlarında vakant yerlər – Ən çox və ən az yer ayrılan rayonlar

“Sabah direktorların işə qəbul imtahanının test mərhələsi keçiriləcək. Saat 10-da başlanan imtahan Azərbaycan Dövlət İqtisad Universitetinin 2 saylı tədris binasında baş tutacaq. İmtahan 90 dəqiqə davam edəcək”.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə  Təhsil  Tv-də yayımlanan  Həftənin sualı verilişinə açıqlamasında deyib.

O, vakansiyalar barədə məlumat verərkən bildirib ki, direktorların işə qəbul müsabiqəsi üçün ümumilikdə  604 vakant yer elan olunub:

“Bakı şəhəri üzrə 11, Sumqayıt üzrə 10, Gəncə üzrə isə 2 vakant yer mövcuddur.

Vakansiya sayına görə liderliyi Cəlilabad edir. Orada 35 direktor vakansiyası elan olunub. Ən az vakansiya isə Xızı rayonundadır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları