Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 13:00:00
Rusiyada uşaq bağçasında qısaqapanma - 306 nəfər təxliyə olundu

Rusiyanın Kemerovo şəhərində uşaq bağçasından 300-dən çox şəxs təxliyə olunub.

AzEdu.az-ın məlumatına görə, buna elektrik avadanlığında baş vermiş qısaqapanma səbəb olub.

Qeyd olunub ki, qısaqapanma mətbəxdə qeydə alınıb. Hadisədən sonra yanğın baş verməsə də, 306 nəfər, o cümlədən 270 uşaq təhlükəsizlik məqsədilə binadan çıxarılıb.

Xəsarət alanların olmadığı deyilir.