Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-07 13:31:00
Ombudsman bağçalara nəzarətin Təhsil Nazirliyinə verilməsini təklif edir  

"Təklif edirəm ki, uşaq bağçalarına nəzarət icra hakimiyyəti orqanlarından alınaraq Təhsil Nazirliyinə verilsin. Bunun çox böyük əhəmiyyəti var".

AzEdu.az- ın məlumatına görə, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasında çıxış edib.

E.Süleymanova bildirib ki, Təhsil Nazirliyi Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə reyd keçirməli, regionlarda hələ də qəzalı şəraitdə olan məktəb və bağçaların təmiri məsələsinə baxılmalıdır.