Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-22 16:24:00
“Brend tələbə”: Hər kəs sizi izləyirmiş kimi çalışın - VİDEO

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması həyata keçirilib.

 

Mükafatlandırılan tələbələr sırasında Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) hüquqşünaslıq ixtisasının III kurs tələbəsi Mirəli Seyidovdur.

 

“Cari ilin mayında AzEdu.az Təhsil Portalı tərəfindən həyata keçirilən “Brend tələbə” layihəsinin qaliblərindən biriyəm. Təhsil sahəsində aktiv fəaliyyətə məktəb illərində başlamışam. Bu dövrdə müxtəlif olimpiyadalarda, yarışlarda iştirak etməklə bir çox uğur qazanmışam”.

 

Həmsöhbətimiz qeyd edib ki, bəzi abutiriyentlərin məqsədinin yalnız ali məktəbdə oxumaq olması düzgün deyil:

 

“Bəzi abituriyentlər sadəcə ali məktəbə qəbul olmağı qarşılarına məqsəd qoyurlar. Qəbul olduqdan sonra özlərini bir boşluğun içində tapır və hansı istiqamətdə faəliyyət göstərəcəklərini bilmirlər.

 

Lakin mən çalışırdım ki, gələcəkdə yaxşı hüquqşünas olum. Bu anlayışın içini doldurmaq üçün əlimdən gələni edim. Buna görə də qarşıma 2 məqsəd qoymuşdum. Birincisi, akademik fəaliyyətimi yüksəltmək, ikincisi isə sosial aktivliklə bağlı görüləcək işlərlə bağlı olub”.

 

Daha ətraflı videoya keçid etməklə izləyə bilərsiniz: