Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-19 09:01:27
“Tarixdə bu gün” - 19 iyul...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

19 iyul  tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

19 iyul 1920-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayev Tiflisdə erməni qatilləri tərəfindən öldürülüb:

 

Gəncədə dünyaya gələn və elə orada orta təhsilini başa vuran Həsən bəy Hacı Zeynalabdin Tağıyevin vəsaiti ilə Moskva Universitetinin tibb fakültəsində oxuyub. 1901-ci ildə həmin ali məktəbi bitirərək vətənə qayıdan H.Ağayev həm həkim kimi fəaliyyət göstərib, həm də “Molla Nəsrəddin” jurnalında müxtəlif imzalarla məqalələr yazıb.

 

19 iyul Azərbaycan realist teatr-dekorasiya sənətinin yaradıcılarından olan Rüstəm Mustafayevin xatirə günüdür:

 

О, tamaşaların bədii tərtibatında milli motivlərdən geniş istifadə edib. Azərbaycan Opera və Balet Teatrında opera tamaşalarına çəkdiyi dekorasiya eskizləri bu baxımdan fərqlənir.

Cəmi 30 il ömür sürmüş Rüstəm Mustafayev həm də Nizami Muzeyinin bədii tərtibatının müəlliflərindəndir. (1910-1940)

 

 

Yüngül atletika üzrə Azərbaycan məşqçisi Əfqan Səfərov 1918-ci ilin 19 iyulunda dünyaya gəlib:

 

1945-ci ildən “Dinamo” cəmiyyətində fəaliyyətə başlayan Ə.Səfərovun yetirmələri 5 dünya, 7 Avropa, 100-dək SSRİ rekordu əldə ediblər. Aleksandr Kornelyuk isə olimpiya çempionu olub. (1918 – 1990)

 

 

19 iyul 1952-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə XV Yay Olimpiya Oyunları başlandı:

 

Bu olimpiada iştirakçılarının sayına görə bura qədərki ən iri yarış idi. Sovet idmançıları, eləcə də digər sosialist ölkələrinin nümayəndələri ilk dəfə idi ki, olimpiya oyunlarında iştirak edirdilər.

 

Azərbaycan bu yarışlarda SSRİ-nin seçmə kollektiviheyətində 5 idmançı ilə təmsil olunmuşdu. Onlardan Rəşid Məmmədbəyovsərbəst güləş yarışlarında gümüş medala layiq görüldü.