Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-18 10:18:00
“Bu ixtisaslarda qəbul balları artacaq”

Artıq qəbul imtahanları yekunlaşdı. Nəticələr açıqlanmasa belə, etalon cavablar üzrə təxmini situasiyanı görmək mümkün olur.

 

Bəs, görəsən, bu il hansı ixtisaslar üzrə qəbul ballarında artımlar müşahidə edilə bilər?

 

Mövzu ilə əlaqədar təhsil eksperti Elmin Yaqubbəyli AzEdu.az-a açıqlama verib.

 

Ekspert bildirib ki, builki ixtisas seçimi keçən ilkinə nisbətən daha risklidir:

 

“Bu il ixtisas seçimində iştirak edən abituriyentlərin sayı 2023-cü illə müqayisədə daha çoxdur. Bu da istənilən universitetlərdə vahid bir yer uğrunda mübarizə aparanların sayının və rəqabətin artması deməkdir. Bununla yanaşı 2024-cü il buraxılış və blok imtahanlarında yüksək bal toplayan abituriyentlərin sayı əvvəlki ilə nisbətən yüksəkdir.

 

Qruplar üzrə abituriyent sayına diqqət etdikdə ötən ilə nisbətən builki abituriyentlərin sayında artım özünü göstərir.

 

Məsələn I ixtisas qrupunun RK və Rİ altqrupları üzrə həm Azərbaycan bölməsi, həm də rus bölməsində olan abituriyentlərin sayı keçən ilkinə nisbətən daha çoxdur. Bu da həmin alt qruplarda rəqabətin və  qəbul balının artmasına səbəb olur. Biz bunu digər qruplarda da müşahidə edə bilərik.

 

II ixtisas qrupu üzrə də imtahanda iştirak edən abituriyentlərin sayında digərlərində olduğu kimi fərqi görə bilərik.

 

III qrupun DT və TC altqruplarında  şagird sayında yüksəlmə var. Bu da altqruplarda rəqabətə gətirib çıxarır.

 

 

"Bu ixtisaslar üzrə qəbul ballarında artım gözlənilər bilər",-deyə ekspert vurğulayıb:

 

Hüquqşünaslıq və Polis Akademiyasına qəbulda keçid ballarında artım gözlənilə bilər. Eləcə də, IV ixtisas qrupunun qəbul ballarında da fərq olma ehtimalı var. Bu il həm ixtisas seçimində iştirak edən abituriyentlərin sayı, həm də yüksək bal toplayan şagirdlərin daha çox olmasından qaynaqlanır.

 

Fikrimcə,Tibb universitetində xüsusi ilə də müalicə işi ixtisasında balların qalxması gözlənilir. Bundan əlavə iki yeni universitet fəaliyyət göstərəcək. Həmin ali məktəblərdə yeni plan yerləri açılacaq. Bu kimi hallar bal artımında ciddi fərqin qarşını alacaq. Biz daha  dəqiq qənaətə gəlmək üçün Abituriyent jurnalının 4-cü sayını gözləməliyik. Həmin jurnalda universitetlər üzrə ayrılmış plan yerləri haqqında tam dəqiq məlumatlar  öz əksini tapır.

 

Əsas məsələ statistikaya uyğun, dəqiq ixtisas seçiminin edilməsidir.  Həmin prosesi abituriyentlər və valideynlər təcrübəli şəxslərə həvalə etməlidirlər. Düzgün seçimlər nəticəsində  tələbə adını qazanmış abituriyentlərin sayında ciddi şəkildə müsbətə doğru fərq özünü göstərəcək”.