Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-08 09:25:47
Sertifikasiya məktəblərdəki təhsili yeniləyəcək

“Sertifikasiya Azərbaycan təhsil sisteminin sağlamlaşdırmasına gətirib çıxaracaq”.

 

Bu sözləri AzEdu.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

“Azərbaycanda təhsilverənlərin 1994-cü ildə keçirilən akkreditasiyadan sonra yekun qiymətləndirilməsi 2014, 2018-ci illəri əhatə edən diaqnostik qiymətləndirmədə olub. 2022-ci ildə sertifikasiya ilk başlayanda müəllimlərin dərs dedikləri fənni ciddi şəkildə oxuyub öyrəndiklərini gördük.

 

Azərbaycan müəllimi 2014-2018- ci illərdə öz ixtisasını oxumağa, sertifikasiyada isə öyrənməyə başladı.Təəssüflər olsun ki, 2022-2024-cü illərdə keçirilən sertifikasiya nəticəsində 3400-dən çox İbtidai sinif müəllimi öz tədris etdikləri fəndən aldığı təhsilə belə uyğun olmayan cavabları ortaya qoydu. Yəni həmin suallara cavab vermək üçün ümumiyyətlə müəllim olmağa da ehtiyac yox idi. Adi oxumağı, yazmağı və anlamağı bilən şəxslər bu cür sadə suallara cavab verə bilərdi”.

 

Ekspert sertifikasiyanın nəticəsini Azərbaycan təhsil sisteminə yeni enerjili müəllimlərin gəlməsinə gətirib çıxaracağını vurğulayıb:

 

“Sertifikasiyada təqdim edilmiş sualların təhlilləri göstərdi ki, müəllimlərimizin ciddi şəkildə ixtisasları ilə bağlı informasiyaları və bilikləri zəifdir. Hesab edirəm ki, bu proses Azərbaycan təhsil sisteminə yeni enerjili müəllimlərin gəlməsinə gətirib çıxaracaq. Daha çətin suallara cavab verən, Müəllimlərin işə qəbulu müsabiqəsindən yüksək bal toplayan müəllimlər ümumtəhsil müəssisələrində çalışacaqlar. Etiraf edək ki, həmin müəllimlərin nəticələri daha yaxşı olacaq. Sertifikasiya Azərbaycan təhsil sisteminin sağlamlaşdırmasına gətirib çıxaracaq. Heç bir ölkənin təhsil səviyyəsi onun müəllimindən artıq deyil”.