Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-04 13:04:00
Kollec, yoxsa peşə təhsili? – Üstünlüklər və iş imkanları...

“Abituriyentlərə məsləhət görürürəm ki, kollec və peşə təhsili seçimi arasında qalarlarsa, peşə təhsilinə üstünlük versinlər”.

 

Bu fikri AzEdu.az- açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib.

 

Həmsöhbətimiz bəzi ixtisas üzrə kollec təhsili alanların ali məktəbə qəbul ola bilməməsindən söz açıb:

 

“Kolleclə peşə təhsilini müqayisə etdiyimiz təqdirdə hazırda kollec təhsili bitirən tələbənin 50%-dən yuxarı ixtisaslarda ali təhsil almaq imkanları məhduddur. Bir çox ixtisas var ki, bu ixtsas üzrə kollec təhsili alanlar universitetə qəbul ola bilmirlər.

 

Namizdələr kollecdə hər hansısa bir ixtisas seçəcəksə, bu ağıllı bir seçim olmaldır ki, gələcəkdə ali məktəbə qəbul olma imkanları olsun. Çünki bəzən elə ixtisaslarda seçim olur ki, bu da öz növbəsində ali məktəbə gedən yolu bağlamış olur. Lakin peşə təhsilini seçənlərin həm universitet yolu açılmış olur, həm də gələcəkdə peşə təhsili ilə əmək fəaliyyətinə başlaya bilirlər. Yəni iş imkanları əldə etmək mümkün olur”.

 

Ekspert abituriyentlərin gələcəkdə işləyə biləcəyi ixtisas sahəsi üzrə seçim etməsinin zəruri olduğunu vurğulayıb:

 

“Abiuriyentlərə məsləhət görürürəm ki, kollec və peşə təhsili seçimi arasında qalarlarsa, peşə təhsilinə üstünlük versinlər.

 

Hələ də bir çox valideynlər peşə təhsilinin mahiyyətini anlaya bilmir, övladlarını bundan uzaqlaşdırırlar. Amma bilməlidirlər ki, bir abituriyent ekologiya ixtisasına qəbul olub, gələcəkdə iş tapa bilməyəcəksə, ali məktəbi 4 il oxumasının nə mənası var?”.