Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-31 11:56:25
MDU-nun “Brend tələbə”ləri mükafatlandırıldı - FOTO  

2024-cü ilin 31 mayında “AzEdu.az” təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “Brend tələbə” layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən Mingəçevir Dövlət Universitetinin (MDU) tələbələri mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “AzEdu.az” təhsil portalının rəhbəri Elşad Eyvazlı, portalın əməkdaşı Leyla Camalzadə, MDU-nun bir qrup akademik heyət üzvü və “Brend tələbə” statusuna layiq görülmüş tələbələri iştirak ediblər.

 

Qonaqları salamlayan MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov “AzEdu.az” Təhsil Portalının həyata keçirdiyi layihənin tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratdığını bildirib və bu sahədə əməyi olan hər kəsə minnətdarlıq edib. Həmçinin qeyd olunan statusa layiq görülən tələbələrə təbriklərini çatdırıb.

 

E.Eyvazlı çıxış edərək bildirib ki, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını digər tələbələrə, eləcə də tələbə olmaq istəyənlərə çatdırmaq məqsədilə hazırlanan layihədə “Brend tələbə”lər ekspert komissiyasının hazırladığı meyarlar əsasında universitetlərlə birgə seçilir. Həmin meyarlara universitetin ictimai həyatında aktivlik, yeni çağrışlarla bağlı yanaşmalar, ideyalarla çıxış etmək, milli məsələlər, dövlətçilik mövqeyinin prinsipial şəkildə qorunması və beynəlxalq arenada dövlətin təmsil edilməsi, ixtisas üzrə istehsalat göstəriciləri və analitik qabiliyyətin yüksək olması, beynəlxalq tələbə proqramlarında iştirak və səmərəlilik, liderlik keyfiyyətləri və bunun praktiki tətbiqi, aktiv məşğuliyyət və hobbilər, sosial şəbəkələrdə məqsədli və faydalı aktivlik dərəcəsinin qiymətləndirilməsi daxildir. Layihənin şərtlərinə əsasən, hər universitetdə professor-müəllim heyətinin, eyni zamanda digər tələbələrin xüsusi simpatiyasını qazanan və meyarlara cavab verən 10 tələbə “Brend tələbə” hesab edilir. E.Eyvazlı meyarların tələblərinə uyğun olaraq seçilən və bu ada layiq görülən MDU tələbələrini təbrik edib, onlara təhsil həyatlarında böyük nailiyyətlər arzulayıb.

 

Tədbirin sonunda tələbələrə təltifnamələr təqdim olunub və xatirə şəkli çəkilib.

 

MDU-da “Brend tələbə” statusuna layiq görülmüş gənclər aşağıdakılardır: 

 

Məmmədov Ramal Sakit oğlu – Təhsil fakültəsi

Həşimova Fidan Elşad qızı – Təhsil fakültəsi

Qədimli Nərmin Elşən qızı – Təhsil fakültəsi

Sadıqova Sədiqə Sərvər qızı – Təhsil fakültəsi

Həsənov Arif Fəxri oğlu – İqtisadiyyat və idarəetmə fakültəsi

Mehtiyev Bəxtiyar Eyvaz oğlu – İqtisadiyyat və idarəetmə fakültəsi

Quluzadə Elbrus Mənsur oğlu – İqtisadiyyat və idarəetmə fakültəsi

Babayev Dağlar Rəhman oğlu – İqtisadiyyat və idarəetmə fakültəsi

Xəlilov Nihad Cəmil oğlu – Mühəndislik fakültəsi

Əliyev Rəhman Vüqar oğlu – Mühədislik fakültəsi

 

Tələbələrimizin hər birini təbrik edir, daha bol uğurlara nail olmalarını arzulayırıq.