Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-22 12:15:34
Azərbaycanlı şagird Avropa çempionu oldu
8-ci sinif şagirdi Amin Əsgərli yunan-Roma güləşi üzrə Avropa çempionu olub.
 
Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, Yunanıstanın Lutraki şəhərində keçirilən və Azərbaycanın yunan-Roma güləşi millisinin iştirak etdiyi U-15 Avropa çempionatında Kürdəmir şəhər F.Həşimov adına 3 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əsgərli Amin Yaşar oğlu 48 kq çəki dərəcəsində uğurla çıxış edərək gümüş medal qazanıb.
 
Həmçinin, U-15 Avropa çempionatında Amin Əsgərli yarımfinalda Ermənistan millisinin güləşçisinə 2 dəqiqə ərzində 9:0 hesabı ilə qalib gələrək qələbə qazanıb.
 
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olaraq qızıl medal qazanıb.