Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-24 09:07:00
Universitet müəllimləri də sertifikasiyadan keçəcək?

2021-ci ildən etibarən ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər sertifikasiya imtahanına cəlb olunur. Həmçinin növbəti illərdə direktor və müavinlərinin sertifikatlaşdırılması planlaşdırılır.

 

Maraqlıdır, nə zamansa universitet müəllimləri də sertifikasiya imtahanına cəlb oluna bilərmi?                                                   

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Elçin Süleymanov bildirib ki, sertifikasiya ali təhsil üçün çox da uyğun bir metod deyil:

 

 Açıklama yok.

“Universitet müəllimlərinin sertifikasiyadan keçməsi çox da dünyada bilinən bir nümunə deyil. Çünki universitetlər öz fəaliyyətində müəyyən qədər sərbəst olmalıdır. Bu sərbəstlik də inkişafa gətirib çıxarır. Amma bir çox ölkələrdə universitet müəllimi olmaq üçün müəyyən bir şərt, standart tətbiq olunur. Məsələn İsveçdə müəllim universitetə müraciət edir, universitet onu qəbul edirsə, sonra müxtəlif təlimlərə yönləndirir. Təbii ki, universitet müəllimi olmaq üçün minumum şərtləri olmalıdır. Elmi dərəcə, elmi ad, müəyyən təcrübə və s.

 

Sertifikasiyanın ali təhsil üçün çox da uyğun bir metod olduğunu düşünmürəm. Amma ali təhsildə tədris prosesi ilə məşğul olanlar üçün müxtəlif təlimlər, treninqlər, peşəkarlığı artırmaqla əlaqəli dəstək verilə bilər. Amma universitet nə qədər müstəqil olursa, kadrları özü müstəqil seçərsə, bu da inkişafa gətirib çıxarır”.