Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 12:47:00
Dövlət qulluğu: Namizədlər çox,vakansiyalar azdır...

Dövlət qulluğu üzrə müraciət edənlərin sayı çox olsa da, vakant yerlər üzrə say azlığı müşahidə edilir.

 

Belə olan halda bir çox namizəd dövlət qulluqçusu adını ala bilmir.

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil üzrə mütəxəssis Elçin Süleymanov qeyd edib ki, vakansiya yerlərinin az olmasının obyektiv və subyektiv səbəbləri vardır:

 

“İlk növbədə onu qeyd edim ki, dövlət qulluğuna qəbul vasitəsilə Dövlət İmtahan Mərkəzinin işə qəbulu kifayət qədər müsbət yöndə inkişaf edən bir prosesdir. Çünki artıq bütün dövlət orqanları işə DİM imtahanından keçmiş və daha sonra müsabiqəyə dəvət olunmuş namizədlər arasından seçir. Bəzən dövlət qulluğuna qəbul olma prosesində şikayətlər ola bilər. Çünki işləmək istəyənlər çoxd, lakin vakansiya yerləri azdır.

 

Müxtəlif nazirliklərdə təqdim edilən vakansiyalar vardır ki, orda kimsə pensiya və ya məzuniyyətə çıxarkən boş qalır. Bununla əlaqəli vakansiyalar elan olunur. Müəyyən dövlət qurumlarından yeni yaradılan agentliyi və ya sturukturları olduğu təqdirdə vakansiyalar da kütləvi xarakter daşıyır. 80, 100 bəzən 150 işçi birdən işə qəbul olunur”.

 

Həmsöhbətimiz vurğulayıb ki, müsahibə mərhələsi pandemiya vaxtı onlayn olduğu müddətdə müsbət nəticə verdiyinə görə daha sonra da bu cür davam etməyə başladı:

 

“Amma onu qeyd edim ki, bu proses kifayət qədər şəffaf aparılır.  Burada iki mərhələli yəni 1-ci imtahan mərhələsi daha sonra 3 nəfərlik müsahibə ilə 2-ci mərhələ həyata keçirilir.

 

Ümumi olaraq baxdığımız zaman kifayət qədər gəncimiz bu prosesdən keçib və dövlət qulluqçusu olaraq xalqa xidmət edir. Bir nüansı da bildirim ki, xarici dövlət proqram məzunları imtahansız bu prosesə qatılır. Yəni 2-ci, yəni müsahibə mərhələsində iştirak edir. Bu kateqoriyadan da kifayət qədər mütəxəssis dövlət idarə etmə sisteminə daxil olur”.