Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 08:43:00
“Tarixdə bu gün” - 5 aprel necə yadda qalıb?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

5 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

5 aprel Beynəlxalq Əxlaq günüdür (ingilis dilində International Day of Conscience) 

 

BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin 25 iyul tarixində təsis edilən əlamətdar tarix hər il 5 aprel günü - Beynəlxalq Əxlaq günü kimi qeyd edilir.

 

Əxlaq mənəviyyat və etika kimi anlayışların müəyyən mənada sinonimi olmaqla, cəmiyyətdə insanlar arasında münasibətləri tənzimləyən sosial normaların müxtəlifliyidir. İnsan davranışının dəyərləndirmə meyarı kimi əxlaq daxili istiqamətləndiriciyə çevrilir və şəxs öz hərəkətlərini məhz ona uyğun qurur, ətrafındakı insanların davranışlarını onunla ölçür. 

 

5 aprel Beynəlxalq Şorba Günüdür:

 

Beynəlxalq Şorba Gününün yaradılmasının əsas məqsədi insanlara bu yeməyin sağlamlığa nə dərəcədə əhəmiyyət verdiyini bildirməkdir. Bir çox insan bu bu günü şorba bişirib içməklə qeyd edir.

 

5 aprel 1804-cü ildə qeydlərə düşən ilk meteorit düşdü:

 

Bu meteorit Şotlandiyaya düşüb.

 

5 aprel 1993-cü ildə Azərbaycan Respublikası və Malayziya arasında diplomatik münasibətlər quruldu:

 

Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi 2007-ci ildən fəaliyyət göstərir. 2019-cu ilin 25-26 oktyabr tarixlərində Malayziyanın Baş naziri Mahathir Mohamad Azərbaycana işçi səfər edib. 

 

5 aprel 2004-cü il tarixində Azərbaycan Respublikası ilə Çad Respublikası arasında diplomatik əlaqələrin qurulub:

 

22 sentyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Çad Respublikasının xarici işlər naziri Mahamat Zene Şerif ilə görüşmüşüb.