Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 17:24:24
Terapevt: Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri olur

Orqanizmdə vitamin çatışmazlığı səbəbindən bir çox problemlər yaranır. Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri mütəxəssis-ekspert, terapevt Zakir Quliyev deyib.

 

O bildirib ki, orqanizmdə uzun müddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulmasının hiss edilməsi B1, B12 vitamini çatışmazlığına işarədir: “Görmə problemlərinin yaşanması orqanizminizdə A vitamini çatışmazlığının göstəricisi ola bilər. Bəzi dəri xəstəlikləri və sinir sistemi pozuntuları B6 vitamini çatışmazlığından qaynaqlanır. Xüsusilə dodaq və dildə çatların əmələ gəlməsi kimi əlamətlər orqanizmdə B6 vitamini çatışmazlığı nəticəsində olur. Fol turşusu, B12 vitamini, dəmir çatışmazlığı zamanı qan azlığı da yarana bilər. Orqanizmdə D vitamini defisiti nəticəsində yaranan sümük ağrıları bütün orqanizmdə hiss edilir. Bu ağrılara zamanla halsızlıq da qatılır”.

 

Onun sözlərinə görə, saç və dırnaqlarda yaşanan problemlər H vitamini, digər adı ilə biotin, ya da B7 vitamini çatışmazlığına işarə edə bilər.