Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 13:20:08
UNEC-in kollektivi şəhid Tural Dadaşovun ailəsini ziyarət edib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu, Aprel döyüşləri şəhidi Tural Dadaşovun anım günündə ailəsi ziyarət edilib.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

 

UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini Elbrus Əkbərov, fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Aqşin Quluzadə, müşaviri Röya Fərəcova Tural Dadaşovun ailəsini ziyarət edərək xatirəsini anıblar.

 

Tural Dadaşov 1993-cü il avqustun 24-də Bakı şəhərində anadan olub. 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsini bitirib. Əsgər Tural Dadaşov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.