Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 09:34:44
“Tarixdə bu gün” - 3 aprel...

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

3 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

3 aprel Bnəlxalq Mobil Telefon Günüdür:

 

1974-cü ilin bu günü mobil telefon vasitəsilə ilk dəfə zəng edilib. Mobil telefonla ilk zəngi edən Martin Kuper adlı şəxs olub.

 

3 aprel 1906-cı ildə rəngli fotoşəkil icad olunub:

 

1906-cı ilin bu günü Lümyer (Lumière) qardaşları rəngli fotoşəkil icad etdilər.

 

3 aprel Azərbaycanın görkəmli ictimai və siyasi xadimi Ələkbər Rəfibəylinin xatirə günüdür:

 

1839-cu ildə Gəncədə doğulan Ə. Rəfibəyli Sankt-Peterburqda Kənd Təsərrüfatı üzrə təhsil aldıqdan sonra geri qayıdıb, Gəncə Polis sistemində (1896) müxtəlif rəhbər vəzifələrdə çalışıb, maarifçi və xeyriyyəçi kimi də fəaliyyət göstərib.

 

Ələkbər Rəfibəyli erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılan “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri olub. O, 1905-ci ildə bölgədə azərbaycanlılara qarşı soyqırımların qarşısını almaq məqsədilə ümumi səfərbərlik keçirib, müdafiə dəstələrinə rəhbərlik edib.

 

Erməni terroru barədə mətbuatda çoxsaylı məqalələrlə də çıxış edən Ə.Rəfibəyli həm də Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən biridir. O, 1919-cu ilin 3 aprelində dünyasını dəyişib.

 

3 aprel 1930-cu ildə Türkiyədə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verildi:

 

Türkiyə Böyük Millət Məclisində qəbul edilən Bələdiyyələr Qanunu əsasında ölkə qadınları seçkilərdə seçmək və seçilmək haqqına sahib oldu.