Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-29 15:27:00
Qərbi Kaspi Universitetinin şəhid məzunları… - TANIYAQ

Vətən müharibəsində qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalanlar arasında Azərbaycan Universitetlərinin onlarla tələbə və məzunları da var.

 

AzEdu.az Təhsil Portalı şəhid olan tələbə və məzunlar barədə universitetlərdən məlumat alacaq.

 

Qərbi Kaspi Universitetinin (QKU) mətbuat xidmətinin rəhbəri Vüsal Məmmədov sorğumuza cavab olaraq bildirib ki, universitetin 20-ə yaxın tələbəsi döyüşlərdə iştirak edib:

 

“Onlardan 5 nəfəri - Təhməzov Pərvin, Rzayev Əlirza, Məmmədov Röyad, Quliyev İlkin və İslamov Cəlal qəhrəmancasına şəhid olub”.

 

Qeyd edək ki, Qərbi Kaspi Universiteti İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan tələbələrini təhsil haqqından azad edib.

 

“Universitet rəhbərliyi İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan tələbələrlə bağlı qərar qəbul edib. Belə ki, döyüşlərdə iştirak edən cari tələbələr və akademik məzuniyyətdə olan tələbələrin təhsil haqqını universitet öz üzərinə götürüb. Qərar eyni zamanda universitetin Kollecində təhsil alan tələbələrinə də aiddir”.