Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 17:36:00
"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğur qazanıb

Təhsilin İnkişafı Fondunun Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra etdiyi "IELTS imtahanına təşviq" layihəsi çərçivəsində artıq 300 nəfər imtahanda iştirak edərək uğur qazanıb.

 

Bu barədə AzEdu.az-a Təhsilin İnkişafı Fondundan bildirilib. Qeyd olunub ki, layihədə iştirak edən akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri fond tərəfindən qarşılanır. Layihə iştirakçılarından 27 nəfəri elmi-pedaqoji heyət üzvü, 273 nəfəri tələbədir.