Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 13:43:03
"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin, “Kapital Bank”ın və Bir Tələbə Könüllü Təşkilatının dəstəyi ilə "GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir.

 

AzEdu.az xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunur. Yarışın final mərhələsi mayın 1-2-də baş tutacaq.

 

Tələbələr qeydiyyat, eləcə də müsabiqənin kateqoriyaları ilə bağlı ətraflı məlumat əldə etmək üçün QR kod və ya https://atu.edu.az/ greentech linkindən istifadə edə bilərlər.

 

Qeydiyyat üçün son tarix aprelin 23-dür.