Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-28 11:08:00
Dərsdən qayıdan şagird bıçaqlanıb

Şəmkir rayonunda məktəbli bıçaqlanıb.

 

AzEdu.az xəbər verir ki, rayonun Abbaslı kəndində 7-ci sinif şagirdi olan 2010-cu il təvəllüdlü oğlan bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.

 
 

Bildirilib ki, hadisə martın 27-də yeniyetmə dərsdən çıxıb evə qayıdarkən baş verib.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib: “Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ü. Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalar davam etdirilir”.