Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-27 11:55:27
BMU əməkdaşları “Veliyev” MMC-də olublar

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları-Müəssisələrlə əlaqələr və karyera departamentinin direktoru Gülçöhrə İbrahimova və Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev “Veliyev” MMC-də olublar.

 

AzEdu.az xəbər verir ki, adıçəkilən MMC-nin istehsalat direktorunun birinci müavini Əjdər Vəliyev, direktorun istehsal sahəsi üzrə müavini Müşfiq Əkbərli qonaqlara 2005-ci ildə əsası qoyulan müəssisə haqqında ətraflı məlumat veriblər.

 

Müzakirələr zamanı MMC ilə BMU arasında əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən tələbə və məzunların müəssisənin istehsalat prosesinə cəlbi, müəssisədə təcrübə keçmə imkanları, tələbələrlə görüşlərin təşkili və s. kimi məsələlər nəzərdən keçirilib.

 

Sonda BMU əməkdaşları MMC-nin fəaliyyəti, istehsalat prosesi ilə yaxından tanış olublar.